“Tək Millət, Tək Ürək” layihəsi çərçivəsində şəhid ailələri ziyarət edilir FOTOLAR

1 Mart 2021 17:04 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində TEKFEN İNŞAAT və TƏSİSAT A.Ş-nin hər tərəfli köməkliyi ilə iyirmi yeddınci yardım aksiyası olaraq Göygöl və Daşkəsən rayonlarında şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib. SİA-nın verdiyi məlumata görə, təşəbbüskarlar bu layihənin həmin bölgələrdə həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, TEKFEN İNŞAAT və TƏSİSAT A.Ş Bakı ofisinin müdiri Barış Altıparmağa, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Göygöl və Daşkəsən İcra Hakimiyyəti rəhbərliyinə, həmçinin 101 saylı Göygöl- Daşkəsən Seçki Dairəsindən Milli Məclisin deputatı Elşad Mirbəşirə təşəkkürlərini bildiriblər.