Emin Ağalarovu belə görməmişdiniz VİDEO

1 Mart 2021 16:40 (UTC+04:00)

Xalq artisti Emin Ağalarov Rusiyanın birinci kanalında yayımlanan "Точь-в-точь" şousunun qonağı olub. SİA-nın məlumatına görə, müğənni əfsanəvi musiqiçi Elvis Preslinin obrazını yaradıb və "My way" mahnısını oxuyub.

Emin obrazı haqqında bu fikirləri dilə gətirib: "Uzun müddətdir etdiyim ən həyəcanlı və çətin çıxışım idi. Birinci kanala bu dəvəti və yaratdığı imkan üçün təşəkkür edirəm. Kumirimin obrazında çıxış etdim. Şounun yaradıcı heyətinə isə demək istəyirəm ki, etdiyiniz iş möhtəşəmdir".