YAP Ağdaş rayon təşkilatı idarə heyətinin onlayn iclası keçirildi

1 Mart 2021 15:36 (UTC+04:00)

YAP Ağdaş rayon təşkilatı İdarəHeyətinin onlayn formatlı iclasını rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq gündəlikdəki məsələlər ilə İdarə heyəti üzvlərini tanış etdi. YAP Ağdaş rayon təşkilatı İdarə heyətinin iclasında Xocalı faciəsinin 29-cu ildönümü haqqında, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının ərazi ilk partiya təşkilatının 2021-ci ilin I yarımilliyi üçün nümunəvi Perspektiv fəaliyyət Planının təsdiq olunması barədə, Gənclərin partiya sıralarına üzv olunması barədə məsələlər müzakirə olundu.

Həmçinin cari məsələlərə də toxunuldu. Gündəlikdəki məsələlər İdarə heyətinin üzvləri tərəfindən geniş müzakirə olundu, müvafiq iradlar bildirildi, rəy və təkliflər səsləndirildi, qərarlar qəbul olundu. İclasda qarşıda duran vəzifələr və YAP Ağdaş rayon təşkilatı Şurasının mart ayında keçiriləcək iclasının gündəliyinə hansıməsələlərin daxil edilməsi ilə bağlı fikir mübadiləsi də aparıldı.

Zümrüd