Elçin onları tənqid etdi

1 Mart 2021 15:25 (UTC+04:00)

Müğənni Elçin Cəfərov ağaran saçlarından bəhs edib. SİA-nın məlumatına görə, ifaçı kişilərin saç boyamasına müsbət yanaşmadığını bildirib: "Ağ saçlar insanın həyat təcrübəsini göstərir. Onları boyamağı düşünmürəm".

Elçin evini, maşınını nümayiş etdirən sənət atamlarını da tənqid edib: "Nəyinsə varsa, bunu niyə göstərməlisən? Kənardan jurnalist, fotoqraf çəkirsə, bu başqadır. İşidir deyə edir. Evin içinə salıb, vanna otağına qədər göstərirlər. Bunu özün edirsən. Mənə yapışmaz elə şeylər. Tamaşaçılarda isə daha sonra müğənnilər haqqında pis fikir yaranır".