Keçmiş məhkum narkotik üstündə tutuldu

1 Mart 2021 14:00 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini S.Əmirovdan marixuana götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əmirovdan 480 qram marixuana götürülüb.