Ermənistanın Təhlükəsizlik Şurası toplandı - SƏBƏB?

1 Mart 2021 13:51 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. SİA xəbər verir ki, iclas iştirakçıları Ermənistanın daxili və xarici təhlükəsizliyi, dövlətin qarşısında duran çətinliklər və onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Prezident Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın iclasda iştirak etmədiyi bildirilib.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.