Sumqayıt şəhəri ərazisində “BMW” markalı avtomobillə yolu keçən B.Əliyev vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 27-də saat 23 radələrində Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində şəhər sakini O.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi B.Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.