Prezident və xanımı “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimlərində iştirak ediblər FOTO

1 Mart 2021 13:03 (UTC+04:00)

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.