Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN (FOTO)

1 Mart 2021 11:46 (UTC+04:00)

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DIN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Qubadlı rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.