Ağcabədidə yanğın baş verib

1 Mart 2021 11:54 (UTC+04:00)

Ağcabədi rayonunda ümumi sahəsi 392 m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində sahəsi 20 m² olan otaqda 1 ədəd çarpayı yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.