Erməni 579 nəfəri evinə qeydiyyata saldırıbmış...

1 Mart 2021 11:42 (UTC+04:00)

Krasnoyarsk sakini olan bir qadına qarşı 18 kvadratmetrlik mənzilində 129 miqrantı qeydiyyata saldırdığı üçün cinayət işi açılıb. Rus qanunlarına görə, onu ya cərimə, ya da məcburi əmək gözləyir. SİA bu barədə TASS-a istinad edir.

Beləliklə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları qadının altı ay - 2020-ci ilin yanvarından iyun ayınadək ona müraciət edən bütün miqrantları fəal şəkildə qeydiyyata saldırıdğı aşkar edilib. Reallıq isə budur ki, qadının qeydiyyata aldırdığı miqrantların heç biri onun 18 kvadratmetrlik mənzildə yaşamırdı. Hazırda qadına qarşı cinayət işi açılıb. Onu 100-500 min rubl arası cərimə və ya 3 ilə qədər məcburi əməklə cəzalandırma gözləyir.

Maraqlıdır ki, bu Rusiyada mənzili olanların miqrant qeydiyyatı ilə bağlı yaşanan ilk hadisə deyil. Belə ki, bir müddət bundan əvvəl Zelenoqradda bir otaqlı mənzil sahibinin evində 579 nəfərin qeydiyyatda olduğu aşkar edilmişdi. Maraqlıdır ki, 579 nəfərin qeydiyyata alındığı mənzilin sahibi erməni olan A. Asaturyanın əməli o mənzili satmaq istərkən ortaya çıxıb. Sonradan onun bu əməllə əvvəllər də məşğul olduğu ortaya çıxıb.

Ağasəf Babayev