QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır RƏSMİ

1 Mart 2021 11:24 (UTC+04:00)

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb.

Bu barədə SiA-ya Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmli bildirib.

Onun sözlərinə görə, hazırda yoxlamalar davam etdirilir: "Yoxlamalar başa çatandan sonra nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".