Salyanda yanğın

1 Mart 2021 10:50 (UTC+04:00)

Salyan rayonunun Şorsulu kəndində istixana ərazisində ümumi sahəsi 450 m² olan qazanxananın ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları və içərisində elektrik kabeli 70 p.m yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.