Filippində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya kampaniyası başlayıb

1 Mart 2021 08:23 (UTC+04:00)

Filippində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya kampaniyası başlayıb.

SİA-nın bu ölkənin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, vaksinasiya kampaniyası çərçivəsində Çin istehsalı olan "CoronVac" peyvəndlərindən istifadə edilir.

Bildirilir ki, ölkədə koronavirusa qarşı ilk Filippin Baş Xəstəxanasının rəhbəri Herardo Leqaspi peyvənd olunub.

Xatırladaq ki, Filippinə "CoronaVac" peyvəndlərinin ik partiyası fevralın 28-i gəlib. Ölkə sözügedən peyvənddən 600 min doza alıb.