“Arsenal” “Lester”ə qalib gəlib, “Çelsi” “Mançester Yunayted”lə qolsuz heç-heçə edib

1 Mart 2021 01:29 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.

“Arsenal” bu turda “Lester” səfərinə yollanıb, “Liverpul”un rəqibi isə autsayder “Şeffild Yunayted” olub. Hər iki oyunda qonaqlar inamlı qələbəyə seviniblər.

Turun mərkəzi görüşü Londonda keçirilib. Tomas Tuxelin rəhbərlik etdiyi “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

İngiltərə Premyer Liqası

26-cı tur

28 fevral

Kristal Pelas – Fulhem 0:0

Lester – Arsenal 1:3

Qol: Tilemans, 6 – D.Luis, 39. Lakazette, 45+2-pen. Pepe, 52.

Tottenhem – Bernli 4:0

Qol: Beyl, 2; 55. Keyn, 15. Lukas, 31.

Çelsi – Mançester Yunayted 0:0

Şeffild Yunayted – Liverpul 0:2

Qol: Cons, 48. Brayan, 64-öz qapısına.

27 fevral

Mançester Siti – Vest Hem 2:1

Qol: Dias, 30. Stounz, 68 – Antonio, 43.

Vest Bromviç – Brayton 1:0

Qol: Bertli, 11.

Lids – Aston Villa 0:1

Qol: El-Qazi, 5.

Nyukasl – Vulverhempton 1:1

Qol: Laskelles, 52 – Neves, 73.

1 mart

00:00 Everton – Sauthempton