Gəncədə bacılar dəm qazından zəhərləniblər

28 Fevral 2021 23:36 (UTC+04:00)

Azərbaycanda bacılar dəm qazından zəhərləndi Gəncədə iki bacı dəm qazından zəhərlənib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Aydınbəyov küçəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Şahverdiyeva Dünya Nazim qızı və onun bacısı - 2000-ci il təvəllüdlü Səma yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Hazırda bacılardan Səma Şahverdiyevanın səhəti qismən ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov