Dəm qazından zəhərlənən Samux sakini başından da xəsarət alıb

28 Fevral 2021 20:04 (UTC+04:00)

Samux sakini dəm qazından zəhərlənib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Alıuşağı kəndində baş verib. 1978-ci il təvəllüdlü Muşfiq Quliyev dəm qazından zəhərlənib. 43 yaşlı şəxs huşunu itirib yıxıldığı zaman baş nahiyəsindən də xəsarət alıb.

Hazırda xəstəxanaya yerləşdirilən M.Quliyevə tibbi yardım göstərilib, səhhəti normaldır.

İlham Məmmədov