Rumıniyanın qabaqcıl KİV-ləri Prezidentin mətbuat konfransı barədə məlumatlar yayıblar

28 Fevral 2021 14:33 (UTC+04:00)
Rumıniyanın qabaqcıl "Ultima Ora" (Son saat) qəzeti və "News24hours" xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransından yazır. SİA xəbər verir ki, rumın dilində verilən məlumatlarda mətbuat konfransının keçirilməsinin dünya ictimaiyyətinə əhəmiyyətli mesajların çatdırılması istiqamətində mühüm rol oynadığı bildirib. Qeyd olunub ki, tədbirin məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməyib. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır. Bildirilib ki, Prezident mətbuat konfransında müxtəlif regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla 4 dildə jurnalistlərin suallarını dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.