273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub Azərbaycanda

28 Fevral 2021 13:32 (UTC+04:00)
Fevralın 27-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 980 nəfər vaksinasiya olunub. SİA "koronavirusinfo.az" saytına istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 min 198 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.