Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntüləri yayılıb VİDEO-FOTOLAR

28 Fevral 2021 13:22 (UTC+04:00)
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Eyvazxanbəyli kəndinin videogörüntülərini paylaşıb. SİA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir. Eyvazxanbəyli kəndi 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib. https://youtu.be/8P-KNRcTHq8