Gürcü jurnalistlər erməni vəhşiliyini lentə alırlar FOTOLAR

28 Fevral 2021 13:03 (UTC+04:00)
Gürcüstanlı jurnalistlər və ekspertlər ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. SİA-nın verdiyi məlumata görə, səfər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə təşkil olunub. Füzuli və Cəbrayılda erməni vandalizmi ilə tanış olacaq Gürcüstan heyətinin tərkibinə "Pirveli TV", "Mtavari Arkhi", "Imedi TV", "POS TV" kanallarının jurnalistləri və ekspertlər daxildir. Qeyd edək ki, gürcü jurnalistlər dünən Ağdam rayonunda olub, erməni vəhşiliyini lentə alıblar.