Azərbaycanda ilk yoluxmadan 1 il ötür

28 Fevral 2021 12:18 (UTC+04:00)
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına ilk yoluxma halının qeydə alınmasından bir il ötür. SİA xəbər verir ki, ölkəmizdə ilk yoluxma halı 2020-ci ilin fevralın 28-də aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında yoluxan şəxsin Rusiya vətəndaşı olduğu, İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətlərinin müəyyən edildiyi bildirilirdi. Həmin gündən artıq bir il keçir. Bir il ərzində Azərbaycanda koronavirusa 234 267 yoluxma halı qeydə alınıb, 3218 nəfər vəfat edib. İnfeksiyaya yoluxanlardan 228 651 nəfəri sağalıb. İndiyədək 2 591 235-dən çox test aparılıb.