Koronavirusdan ölənlərin sayı 3 510-a yüksəlib Gürcüstanda

28 Fevral 2021 11:07 (UTC+04:00)
Gürcüstanda son sutkada daha 248 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 525 nəfər sağalaraq evə buraxılıb, 11 pasiyent vəfat edib. SİA-nın verdiyi məlumata görə, hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 270 758 nəfər yoluxub. Onların 265 114-ü sağalıb, 3 510-u isə ölüb. Karantin rejimində 323, stasionar nəzarətdə isə 1 472 nəfər saxlanılır.