Çində zəhərli qaz sızıntısı səbəbiyndən kimyəvi liflər istehsalı zavodunda beş işçi öldü

28 Fevral 2021 08:23 (UTC+04:00)

Çinin Qirin şəhərində zəhərli qaz sızıntısı səbəbiyndən kimyəvi liflər istehsalı zavodunda beş işçi öldü, daha səkkiz nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə "Sintsinbao" qəzeti bildirib.

Bildirilib ki, hadisə ötən gün yerli vaxtla saat 21:30-da baş verib.

İstintaqın ilkin nəticələrinə görə, hadisənin səbəbi emalatxanalardan birində ventilyasiya avadanlığının qəfil sıradan çıxmasıdır.

Bütün yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onların həyatların üçün təhlükə yoxdur.