Dağıstanın paytaxtı Mahaçqala şəhərində silahlı insident baş verib

28 Fevral 2021 06:18 (UTC+04:00)
Dağıstanın paytaxtı Mahaçqala şəhərində silahlı insident baş verib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb. Dağıstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, polis əməkdaşı sənədlərini yoxlamaq məqsədilə iki mülki şəxsi saxlayıb. Bu zaman həmin şəxslər polisə itaətsizlik göstərərək silahdan atəş açıblar.