47 yaşlı şəxs tikintidə işləyərkən dünyasını dəyişib

28 Fevral 2021 00:20 (UTC+04:00)

Bakının Yasamal rayonunda ölüm hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

1974-cü il təvəllüdlü Qasımov Qasım Almas oğlu tikintidə işləyərkən qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbləri araşdırılır.