“Latsio” məğlub olub, “Yuventus” səfərdə xal itirib

28 Fevral 2021 01:46 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyasında 24-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Açılış matçında “Spetsiya” “Parma”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Çempionlar Liqasının 1/8 finalında “Bavariya”ya uduzan “Latsio”nun çempionatdakı rəqibi “Bolonya” olub. Paytaxt klubu bu görüşdən də məğlub ayrılıb.

Son çempion “Yuventus” isə bu turda “Verona” ilə qarşılaşıb. Turin təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.

Bu tur keçirilməli olan “Torino” – “Sassuolo” matçı meydan sahiblərinin bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.

İtaliya A Seriyası

24-cü tur

27 fevral

Spetsiya – Parma 2:2

Qol: Qrasi, 52; 72 – Karamo, 17. Hernani, 25.

Bolonya – Latsio 2:0

Qol: Mbaye, 19. Sansone, 64.

Verona – Yuventus 1:1

Qol: Barak, 77 – Ronaldo, 49.

28 fevral

15:30. Sampdoriya – Atalanta

18:00. Krotone – Kalyari

18:00. İnter – Cenoa

18:00. Udineze – Fiorentina

21:00. Napoli – Benevento

23:45. Roma – Milan