Azərlotereyanın idarəetməsi Türkiyə şirkətinə verildi - FOTOLAR

27 Fevral 2021 18:08 (UTC+04:00)

Bu gün “Azərlotereyanın Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı. SİA-nın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.