Əfv komissiyası bu gün müraciətlərə baxıb

27 Fevral 2021 16:05 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, bundan əvvəl komissiyanın 3 iclası keçirilib və 300-dən artıq müraciətə baxılıb.