Ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb

27 Fevral 2021 15:16 (UTC+04:00)

Fevralın 26-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 23 939 nəfər vaksinasiya olunub.

SİA "koronovirusinfo.az" saytına istinadən məlumat verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.