Öz vətəndaşlıq borcumu layiqincə yerinə yetirəcəyimə söz verirəm - AÇIQLAMA ÖZƏL

27 Fevral 2021 15:17 (UTC+04:00)
"Prezident İlham Əliyev Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Məsələ ilə əlaqədar SİA-ya açıqlama verən politoloq Fikrət Sadıxov bildirib ki, sözügedən sərəncam mənim üçün gözlənilməz oldu: "Dövlət Başçımıza mənə verilən yüksək qiymətə görə, dərin minnətdarlığımı bildirirəm. Uzun illər həm diplomatik, həm ictimai-siyasi həyatda fəaliyyət göstərirəm və fəaliyyətimin əsasını dövlətçilik, ölkəmizin suverenliyinin möhkəmlənməsi və bizim xarici siyasətimizdə prioritetlərimizi daha da qabarıq şəkildə dünyaya çatdırmaq məqsədi təşkil edir". F.Sadıxov vurğulayıb ki, bundan sonra da özfəaliyyətimi davam etdirəcəm: "Həmçinin öz vətəndaşlıq borcumu layiqincə yerinə yetirəcəyimə söz verirəm".