“Yeddi Gözəl” rəsm sərgisinə əsər qəbulu davam edir

27 Fevral 2021 12:42 (UTC+04:00)

Azərbaycan Dövlət Rəsm Qalereyası "Nizami Gəncəvi İli" çərçivəsində "Yeddi Gözəl" adlı virtual sərgisinə əsər qəbulu davam edir. Qalereyadan SİA-ya bildirilib ki, 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə təşkil olunacaq.

Sərgidə iştirak etmək istəyən rəssamlar öz ad və soyadını qeyd etməklə, əsərin fotosunu məlumatları ilə birlikdə resmqalereya@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Əsərlərin qəbulu marın 1-dək aparılacaq.

Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.