Rusiyada koronavirusdan daha 439 nəfər ölüb

27 Fevral 2021 12:55 (UTC+04:00)

Rusiyada son bir gündə daha 11 534 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 234 720 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 439 nəfər artaraq 85 743-ə yüksəlib.