Avropa çempionatının vaxtı açıqlandı

27 Fevral 2021 12:50 (UTC+04:00)

Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.

SİA Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən xəbər verir ki, turnir 1 - 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.

Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcəklər. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiya olub.