Zərdabda evdən 25 min manatlıq oğurluq edilib

27 Fevral 2021 12:28 (UTC+04:00)

Zərdabda evdən oğurluq edən şəxs tutulub.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki evlərin birindən 6 000 manat, 9 600 ABŞ dolları və 100 000 rubl oğurlamaqda şübhəli bilinən Yarməmmədbağı kənd sakini N.Mustafayeva saxlanılıb.