Gürcüstanda daha 14 nəfər COVID-19-dan ölüb

27 Fevral 2021 11:20 (UTC+04:00)

Gürcüstanda ötən sutkada daha 373 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 542 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 270 510-a, sağalanların sayı isə 264 589-a çatıb.

Son 24 saat ərzində 14 pasiyent vəfat edib. Xəstəlikdən ölənlərin ümumi sayı 3 499-a yüksəlib.