Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşdi

27 Fevral 2021 10:51 (UTC+04:00)

Çempionlar Liqasında 1/8 mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər Fransa PSJ-sinin hücumçusu Kilian Mbappenin İspaniya "Barselona"sı ilə səfər matçında (4:1) vurduğu ilk qolu birinci yerə layiq görüblər.

Almaniyanın "Borussiya" (Dortmund) klubundan Mahmud Daudun İspaniya "Sevilya"sı ilə görüşdəki (3:2) qolu 2-ci, İngiltərənin "Çelsi" komandasından Olivye Jirunun "Atletiko" ilə qarşılaşmadakı (1:0) qolu isə 3-cü olub.

https://twitter.com/ChampionsLeague/status/1365311655475871744