Elektron qaydada 6700-ə yaxın şəxsə sosial müavinət təyin olunub

27 Fevral 2021 09:44 (UTC+04:00)

Azərbaycanda bu ilin yanvar-fevral aylarında elektron qaydada 6 697 nəfərə sosial müavinət təyin olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, onların 53,2%-i kişi, 46,8%-i isə qadındır.