ABŞ yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

27 Fevral 2021 06:48 (UTC+04:00)

ABŞ yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Paski deyib.

"Rusiyaya qarşı əlavə sanksiyalara nə qədər gözləyəcəyik?" - sualına cavabında C.Psaki deyib: "Aylar deyil, həftələr. Bu, fasiləsiz prosesdir".

Mətbuat katibi qeyd edib ki, bu "proses"ə Əfqanıstanda amerikalıların öldürülməsi üçün taliblərə Rusiya nümayəndələri tərəfindən pul ödənilməsi barədə məlumatların, rusiyalı hakerlər tərəfindən ABŞ-ın hökumət müəssisələrinə edilən kiberhücumların öyrənilməsi də daxildir.