ABŞ Prezidenti Co Bayden İrana “ehtiyatlı olmağı” tövsiyə edib

27 Fevral 2021 05:26 (UTC+04:00)
ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların Suriyadakı son aviazərbələri fonunda İrana "ehtiyatlı olmağı" tövsiyə edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri o, jurnalistlərə müsahibəsində səsləndirib. Suriyadakı son bombardmanla ABŞ-ın İrana nə kimi siqnal göndərmək istədiyi ilə bağlı jurnalistlərin sualına Bayden - "Cəzalandırılmamış şəkildə addım ata bilməyəcəksiniz", - deyə cavabını verib: "Ehtiyatlı olun".