Böyük Britaniyada son sutka ərzində 8523 nəfər koronavirusa yoluxub

26 Fevral 2021 23:16 (UTC+04:00)
Böyük Britaniyada son sutka ərzində 8523 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 163 085 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Son sutka ərzində 345 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 122 415 nəfərə çatıb.