Hava şəraiti infrastruktura ciddi ziyan vurdu

26 Fevral 2021 16:15 (UTC+04:00)

Azərbaycan Respublikası ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, aparılan müşahidələrdən sonra Azərbaycan I Divizionunun XV turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun martın 1-də sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.

“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edir:

XV turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun.

I Divizionun XXIII turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.