UEFA "Qarabağ"a ödəniş etdi

26 Fevral 2021 16:09 (UTC+04:00)

UEFA növbəti dəfə "Qarabağ" klubunun hesabına pul köçürüb. SİA-nın məlumatına görə, Avropa futbol qurumunun ayırdığı vəsait Ağdam təmsilçisinin oyunçularının 2018-2020-ci illərdə Avropa çempionatının seçmə mərhələsinin play-off oyunlarında iştirakına görə verilib.

UEFA-nın 2473.70 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.