Finlandiyada Xocalı soyqırımı ilə bağlı elektron lövhə quraşdırılıb

26 Fevral 2021 16:03 (UTC+04:00)

Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzində dəmiryolu vağzalında və metro stansiyasında “Xocalıya ədalət!” şüarı yazılmış rəqəmsal lövhələr quraşdırılıb. SİA-nın xəbərinə görə, iri ekranlarda nümayiş etdirilən və şəhər mərkəzində insanların ən sıx olduğu yerdə quraşdırılan ekranda, həm də Xocalı soyqırımı ilə bağlı internet saytı təqdim edilib.

Elektron lövhə 3 gün müddətində (26-28 fevral tarixlərində) nümayiş etdiriləcək. Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə həyata keçirilib.