Dilarə yanan aktyordan danışdı: "Vəziyyəti ağırdır" VİDEO

26 Fevral 2021 16:34 (UTC+04:00)

Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın vəziyyəti pisdir. SİA-nın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər idarə etdiyi proqramında deyib. Verilişə zəng edən Əməkdar artist Dilarə Əliyeva həmkarının yardıma ehtiyacı olduğunu söyləyib: "Cavid bizim ailəmizin bir üzvüdür, onun halına çox üzüldük. Hər gün dua edirik. İnşallah, sağlığına qovuşar, gülər, zarafatlaşar. Onun üçün çox çətin durumdur. Vəziyyəti pisdir. İki körpə balası var".

Qeyd edək ki, C.Telman hazırda 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir. Cavidə 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilən aktyorun bədəninin 70 faizi yanıb.