Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib FOTO

26 Fevral 2021 15:20 (UTC+04:00)

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, abidə önünə gül dəstələri qoyulub və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.