Ata-baba yurdlarımız, kəndlərimiz, şəhərlərimiz abad olacaq...

26 Fevral 2021 15:04 (UTC+04:00)

Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir.

14 fevral 2021-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri olmuşdur. Qalib Ali Baş Komandan işğaldan azad olunmuş rayonların hər birinə səfəri zamanı əminliklə qeyd etmişdir ki, qədim türk torpaqlarında öz ata baba yurdumuzda yenidən genişmiqyaslı bərpa işləri gedəcək kəndlərimiz, şəhərlərimiz əvvəlki vəziyyətindən daha da gözəl və müasir görünüşə sahib olacaqdır. Azərbaycanın cənnət məkan guşəsi olan Qarabağda yenidən azan səsi ucaldılacaq və hər bir vətəndaşımız yüksək rifah halında öz qədim el obasında yaşayacaqdır. Azərbaycan dövləti hər bir vətəndaşına yüksək qayğı ilə yanaşır və dövlətin daima həm mənəvi cəhətdən həm də maddi cəhətdən öz vətəndaşının yanıında olduğunu hiss etdirir. Azad olunmuş ərazilərimizdə yeni“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi, bu istiqamətdə atılan bütün mütərəqqi addımlar təqdirəlayiq və çox gözəl ideyalardır. Öz rayonlarına qayıdan hər bir vətəndaşa dövlət tərəfindən maksimum şərait və imkanlar yaradılacaq. Kənd təsərrüfatı, iqtisadiyyat, təhsil və mədəniyyət çiçəklənib intibah dövrünü yaşayacaqdır. Azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı potensialının çox böyük olmasını nəzərə alaraq “Ağıllı kənd təsərrüfatları” hər bir kənd sakinin yeni işlərlə təmin olunmasına öz maddi rifahını yüksətməsinə səbəb olacaqdır. Bostançııq, bitkiçilik, meyvəçilik heyvandarlıqla məşğuliyyət sahəsində geniş işçi qüvvəsi cəlb olunacaqdır.

Bu gün ölkəmizin bütün ərazisində olduğu kimi, gündən günə gözəlləşən Xəzərin incisi sayılan Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələri öz görkəminə təbiətin verdiyi gözəllik ilə bərabər aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri əsrarəngsiz bir görkəm qatmışdır. Son illərdə rayonda bütün sahələrdə, o cümlədən sənaye, iqtisadiyyat, balıqçılıq, sahibkarlıq, turizm, alternativ enerji və digər sahələrdə çox böyük işlər görülmüşdür. Pirallahı rayonu ərazisində bir birinin ardınca geniş sosial-iqtisadi layihələr həyata keçirilmişdir. Geniş abad məhəllələr, gözəl və işıqlı küçələr və yaraşıqlı binalar göz oxşayır.

Vətən müharibəsində bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib yağı düşmənə qarşı birgə mübarizə aparmışdır. Həm ön cəhbədə, həm də arxa cəhbədə xalqımız Ali Baş Komandanın rəhbərliyi altında vahid şəkildə birləşərək düşmənin başını “dəmir yumruq”la əzmişdir. Ölkəmizin hər bir şəhərində, kəndində, qəsəbəsində olduğu kimi Pirallahı rayonu da Ali Baş Komandanın torpaqlarımızı azad etmək uğrunda verdiyi əmrinə çox böyük ruh yüksəkliyi ilə qoşulmuuşdur. Döyüş əmri verilən andan etbarən rayon gəncləri böyük coşqu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon bölməsinə yaxınlaşaraq ordu sıralarına daxil olmuşlar. Pirallahı rayonunda vətənpərvərlik və ideoloji təbliğat işləri həm sakinlər arasında, həm də yerli təşkilatlarda çox mütəşəkkil şəkildə təşkil olunur. Hər bir rayon sakini cənab Prezidentin apardığı daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləyir və sona qədər öz dövlətinin, dövlətçliyinin qorunması üçün ölkə başçısına sadiqdir. Vətən müharibəsində bir daha subut olundu ki ölkədə xalq-iqtidar birliyi sarsılmazdır. Xalqın öz iqtidarına qarşı sədaqəti ona olan inamından və yüksək etimadından irəli gəlir. Yaşasın Müzəffər Ordunun Ali Baş Komandanı! Yaşasın Şanlı Ordumuz! Yaşasın Uca Millətimiz!

Anar Babayev

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi