Levandovski həftənin futbolçusu seçildi

26 Fevral 2021 15:15 (UTC+04:00)

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. SİA xəbər verir ki, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski layiq görülüb.

33 yaşlı polşalı hücumçu İtaliyada "Latsio"nu 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.