Avropa Liqası: Həftənin rəmzi komandası açıqlandı

26 Fevral 2021 15:11 (UTC+04:00)

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub. SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "11-lik"də İngiltərə "Tottenhem"indən, Şotlandiya "Reyncers"indən və Norveç "Molde"sindən hərəyə iki futbolçu yer alıb.

Qapıçı: Andreas Linde ("Molde", Norveç)

Müdafiəçilər: Aleksander Ba ("Slaviya", Praqa, Çexiya), Aleksandr Sirota ("Dinamo" Kiyev, Ukrayna), Kiran Tirni ("Arsenal", İngiltərə)

Yarımmüdafiəçilər: Rayan Kent ("Reyncers", Şotlandiya) Dele Alli ("Tottenhem", İngiltərə), Devi Klassen ("Ayaks", Niderland), Eirik Andersen ("Molde", Norveç)

Hücumçular: Jerar Moreno ("Vilyarreal", İspaniya), Alfredo Morelos ("Reyncers", Şotlandiya), Karlos Vinisius ("Tottenhem", İngiltərə)