“Xocalı şəhidlərinin ruhu bu gün rahatdır” ÖZƏL-MÜNASİBƏT

26 Fevral 2021 14:55 (UTC+04:00)

29 il əvvəl erməni faşizminin törətdiyi Xocalı soyqırımı bundan sonra da qan yaddaşımıza əbədi həkk olunaraq daim yad olunacaq. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

İctimai Birliyin sədri vurğulayıb ki, xalqımız heç vaxt bu namərd əməli unutmamalı və 200 il əvvəl yaşamağa yer, yeməyə çörək verdiyi erməni cəlladlarının törətdiyi alçaqlığı tarixin bizə dərsi kimi qəbul etməlidir.
“Cənab Prezident bu gün xarici və yerli jurnalistlərlə keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, 1992-ci ildə Azərbaycan informasiya blokadasında idi. Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət faciə haqda tam və dolğun məlumata malik deyildi. Erməni lobbisi və havadarları isə bu cinayət əməlini ört basdır etməklə məşğul idilər. Lakin Ümummilli liderin hakimiyyətə yenidən dönməsi nəticədində və Cənab Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində çox böyük işlər görüldü. Artlq dünyanın onlarla fövləti bu faciəni rəsmi olaraq tanıyır. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının da bu istiqamətdə fəaliyyəti nəticəsində Beynəlxalq nüfuzlu qurumlar Xocalı faciəsi ilə bağlı öz ədalətli mövqelərini bildirmişlər. Mən, xüsusilə bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirirəm.
28 il biz Xocalı faciəsini həm torpaqlarımızın işğalı fonunda, eyni zamanda da dünyaya bu faciəni tanıtmaqla qeyd etdik. Xocalı şəhidlərinin qatillərinin cəzasını vermədən qeyd etdik. Ancaq bu gün 29-cu anım ili təmamilə fərqli bir abı-havada qeyd edilir. Biz yenə də şəhidlərimizi yad edir onların faciəsini ağır bir dərd kimi qeyd edirik. Lakin 44 günlük Zəfər Qələbəmiz fonunda qeyd edirik bu faciəni. İçimizdə bir qürur da var dərdlə yanaşı. Biz şəhidlərimizin qanını almışıq. Faciəni törədən cəlladları məhv etmiş diz çökdürmüş, ərazilərimizi mənfur düşməndən azad etmişik. Xocalı şəhidlərinin ruhu bu gün rahatdı. Eyni zamanda azad edilmiş ərazilərimizdə erməni vandallarının törətdiyi əməllər artıq dünya ictimaiyyətinin gözü qarşısındadır. Ermənilərin necə bir mənfur xalq olduğu özlərinin əməlləri ilə sübut olunmuşdur.
Biz öz torpaqlarımızı yenidən dirçəldəcəyik, həyat yenidən yurdlarımıza qayıdacaq. Ancaq namərd qonşumuzun etdiyi alçaq əməllər ürəyimizdən silinməyəcək. Xocalı faciəsi xalqımızın qan yaddaşında əbədi həkk olunaraq bizi daim ehtiyatlı olmağa, hərbi və iqtisadi cəhətdən güclü olmağa sövq edəcək. Biz xalq olaraq unutmamalıyıq ki, düşmənlərimiz daim yenə zəif yerimizi axtaracaq. Biz unutmamalıyıq ki, düşmənimiz tək erməni də deyil.... Torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizin ruhu qarşısında birliyimizi daim qorumalı və güclü olmalıyıq”, deyə Anar Xəlilov bildirib.